İngiltərədə beynəlxalq tələbələr ailələrini yanlarına gətirə bilməyəcək - YENİ QƏRAR
Böyük Britaniyadakı beynəlxalq tələbələr 2024-cü ilin yanvar ayından etibarən ailələrini ölkəyə gətirə bilməyəcəklər.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Böyük Britaniyada immiqrasiyanın azaldılması siyasətinin bir hissəsi olaraq, 2024-cü ilin yanvar ayından etibarən beynəlxalq tələbələrin müəyyən şərtlər istisna olmaqla, himayəsində olan şəxsləri ölkəyə gətirə bilməyəcəkləri açıqlanıb.
Böyük Britaniya Daxili İşlər Nazirliyi tələbə vizası sahiblərinin ailələri üçün viza müraciətində edilən dəyişikliklərlə bağlı açıqlama verib. Bəyanata görə, beynəlxalq tələbələr tədqiqat proqramı olaraq təyin olunan aspiranturada iştirak etmədikcə, himayəsində olan şəxsləri özləri ilə Böyük Britaniyaya gətirə bilməyəcəklər.
Sözügedən dəyişiklik 2024-cü ilin yanvar ayından etibarən qüvvəyə minəcək.
Aydan
