İran ABŞ-ni təhdid edib: Danışıqlar dayandırılır, cavab sərt olacaq
İran ABŞ-nin təhdidləri səbəbindən yekun nizamlanma üzrə danışıqları dayandırır.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə TASS yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.
"ABŞ üzərinə götürdüyü öhdəlikləri pozmağa davam edərək İranın cənub adalarına hücuma başlayıb. Bu təcavüzə cavab olaraq, hansı ki, İslamabad Anlaşma Memorandumunun kobud şəkildə pozulması hesab olunur, İran bölgədə ABŞ mövqelərinə genişmiqyaslı cavab zərbələri endirib. İran qəti şəkildə xəbərdarlıq edib ki, ABŞ-nin istənilən növbəti hərbi əməliyyatı əvvəlkindən daha qətiyyətli, daha genişmiqyaslı və daha sərt cavabla qarşılanacaq”, - adı açıqlanmayan İran rəsmisi bildirib.