İran dronları Fucayra Əmirliyindəki neft sənaye zonasına hücum edib
İran dronları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir hissəsi olan Fucayra Əmirliyindəki neft sənaye zonasına hücum edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Əmirliyin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dron hücumu sənaye zonasında yanğına səbəb olub.
"Fucayra neft sənaye zonasında dron hücumundan sonra yanğın baş verib. Tələfat olmayıb və xilasetmə xidmətləri qısa zamanda hadisə yerinə gəlib və yanğını lokallaşdırmağa çalışır", - məlumatda deyilir.