00:00:00
Yazar
Admin User
03.07.2025 09:21 133 1 dəq oxuma
Sosial

İran-İsrail savaşı: Azərbaycandan uçan təyyarələrin sayı

İran-İsrail savaşı: Azərbaycandan uçan təyyarələrin sayı

İyunun 13-23-ü tarixlərində Azərbaycan hava məkanından ümumilikdə 10 838 uçuş qeydə alınıb.

"İnformator.az" xəbər verir ki, bunu “Azerbaijan Airlines” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərhan Quliyev CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı) rəsmi platformasında dərc olunmuş məqaləsində bildirib.

 

"Bu uçuşların 8 207-si tranzit xarakter daşıyıb və regionda hava məkanlarının müvəqqəti bağlanması nəticəsində gündəlik orta hesabla 110 əlavə uçuş məhz Azərbaycan üzərindən həyata keçirilib. Bu artım təsadüfi deyil. 2024-cü ilin iyununda Azərbaycan üzərindən tranzit hərəkəti 2023-cü illə müqayisədə 20% artıb. 2025-ci ilin iyun ayı üçün isə əlavə 13% artım proqnozlaşdırılır", - F.Quliyev qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər