00:00:00
Yazar
Güllər Gülhüseynova
25.03.2026 09:57 11 1 dəq oxuma
Dünya

İran İsrail və ABŞ bazalarına 80-ci zərbə dalğasını elan edib

İran İsrail və ABŞ bazalarına 80-ci zərbə dalğasını elan edib

İran eskalasiyanın başlamasından bəri İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına qarşı 80-ci raket zərbəsi dalğasını elan edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.

 

SEPAH qeyd edib ki, əsas hədəflər İsrailin şimalında qüvvələrin toplaşma əraziləridir. Qurum iddia edib ki, bu ərazilər heç bir məhdudiyyət olmadan kütləvi raket və pilotsuz təyyarə hücumlarına məruz qalacaq.

 

Əsas hədəflər arasında Tel-Əviv, Kiryat Şmona və ABŞ-nin Fars körfəzindəki dörd hərbi bazası da var.

 

SEPAH zərbələrin maye yanacaq və bərk yanacaq raketləri, dəqiq idarə olunan bombalar və döyüş dronları istifadə edilərək həyata keçirildiyini bildirib.

#gündəm #bazalarına #elan #edib #i̇srail
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər