İran raketləri Tel-Əvivi vurub
İrandan yeni raket hücumunun başladığı elan edildikdən sonra, başda Tel-Əviv olmaqla İsrailin mərkəzi bölgələrində hava hücumu siqnalları səslənib. Ardınca, İrandan atılan raketlər nəticəsində ölkənin mərkəzi hissəsində bəzi binalara və avtomobillərə ziyan dəyib, Holon şəhərindəki qatar stansiyasında maddi zərər yaranıb.
İsrail ordusunun açıqlamasına görə, İrandan atılan raketlərin qarşısını almaq üçün hava müdafiə sistemləri işə salınıb.
Cavab zərbəsi ehtimalı olan bölgələrdə mobil telefonlara əvvəlcədən xəbərdarlıq mesajları göndərilib və əhaliyə sığınacaqlara getmək tövsiyə olunub.
İranın cavab hücumundan sonra Tel-Əviv və İsrailin mərkəzi bölgələri ilə yanaşı, Qüds və işğal altındakı İordan çayının qərb sahilində yerləşən qeyri-qanuni yaşayış məntəqələrində də siqnallar səslənib.
TRT Haber
Səadət Əlizadə