İran və ABŞ dondurulmuş aktivlərdən Tehrana 3 milyard dolların ayrılması barədə ilkin razılığa gəlib
İran və ABŞ xaricdə dondurulmuş aktivlərdən Tehrana 3 milyard dollar ayrılması barədə ilkin razılıq əldə edə bilib.
"İnformator.az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
"İrana 3 milyard dolların ayrılması barədə ilkin razılıq ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlar zamanı əldə edilib", - məlumatda qeyd olunub.
Orada söhbətin ABŞ-də yoxsa digər ölkələrdə dondurulmuş aktivlərdən getdiyi göstərilmir.