00:00:00
Yazar
Aysel Mirzəyeva
15.03.2026 14:03 15 1 dəq oxuma
Dünya

İran və Fransa XİN rəhbərləri arasında telefon danışığı olub

İran və Fransa XİN rəhbərləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Abbas Əraqçi ilə fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı baş tutub.


"İnformator.az" xəbər verir ki, tərəflər ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatları və regiondakı cari vəziyyəti müzakirə ediblər.

 

İranın xarici işlər naziri bildirib ki, regionda və Hörmüz boğazında hökm sürən qeyri-sabitliyin yeganə səbəbi ABŞ və İsrailin apardığı siyasətdir. O, bütün dövlətləri bu vəziyyətə qarşı məsuliyyətli yanaşma nümayiş etdirməyə, İrana qarşı hücumları kəskin şəkildə pisləməyə və gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb.


İranın suverenliyini və milli təhlükəsizliyini qorumaq əzmində olduğunu vurğulayan Əraqçi, Tehranın hərbi addımları ilə bağlı mühüm bir məqama toxunub:

 

"İranın müdafiə xarakterli tədbirləri müstəsna olaraq təcavüzkarların regiondakı hərbi bazalarına və obyektlərinə yönəlib. Bu, heç bir halda İranın region ölkələrinə hücumu kimi qəbul edilməməlidir".

 

Telefon danışığı zamanı tərəflər həmçinin bəzi ikitərəfli konsulluq məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

 

#xi̇n #gündəm #i̇ran #arasında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər