İran XİN ABŞ-lə danışıqların başlamasına dair məlumatlara münasibət bildirib
İranın Xarici İşlər Nazirliyi (XİN) Tehran və Vaşinqton arasında danışıqlar prosesinin başlaması barədə yayılan xəbərləri təkzib edib.
“İnformator.az” xəbər verir ki, “Azad İran” “Telegram” kanalının yaydığı məlumata görə, bunu 3 noyabrda İran XİN-in sözçüsü İsmayıl Bəqayi deyib.
O, bildirib ki, müxtəlif vasitəçilərin səyləri və danışıqları bərpa etməyə çalışmaları adi və normal bir prosesdir: “Bəli, vasitəçilər arasında danışıqlar prosesi aparılır, ancaq bu, heç bir halda İran və ABŞ arasında danışıqlar prosesinin başlaması demək deyil”.