İrana hücum edəcəyik
İsrailin müdafiə naziri Yisrael Katz Tehrana hücum təhdidini təkrar edərək, İranın nüvə silahı əldə etməsinə mane olacaq açıq siyasət yürütməkdə qərarlı olduqlarını müdafiə edərək, İrana hücum edə biləcəklərinə işarə edib.
Donald Trampın İsrailin İrana hücum planlarını rədd etməsi ilə bağlı iddiaların ardınca müdafiə naziri Katz İranın nüvə obyektlərinə hücum mesajı verib.
Baş nazir Benyamin Netanyahunun liderliyində, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün əlaqəli tərəflərlə dəqiq bir siyasət yürütməkdə qərarlı olduqlarını müdafiə edən Katz İrana hücum edə biləcəklərinə diqqət çəkdi.
İrana hücum planları müzakirə edilərkən, İsrailin dövlət televiziyası “KAN” dünən ABŞ-nin bunkerləri partladan bombalar daşıyan 9 nəqliyyat təyyarəsi ilə ölkəyə hərbi sursat göndərdiyini bildirib.
Mənbə:CNN Türk
Əminə Əliyeva