00:00:00
Yazar
Admin User
05.07.2023 06:30 275 1 dəq oxuma
Dünya

İranda aptekə hücum olundu, hücumçu güllələndi

İranda aptekə hücum olundu, hücumçu güllələndi

İranda 5 nəfəri girov götürərək aptekə atəş açan şəxs öldürülüb.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Fars vilayətinin Şiraz şəhərində 5 nəfəri girov götürərək aptekə atəş açmağa başlayan hücumçu öldürülüb. Fars əyalətinin polis rəisi Reham Bəhş Həbibi bildirib ki, polis qrupları dərhal hadisə yerinə gəlib. Daha sonra zabitlərə atəş açmağa başlayan şəxs polisin xəbərdarlıqlarına məhəl qoymayaraq təslim olmaqdan imtina edib. O, girov götürdüyü şəxsləri öldürməklə hədələyib.

 

İran rəsmisi bildirib ki, polisin müdaxiləsi ilə bütün girovlar xilas edilib, hücum edən şəxs isə güllələnib.

 

Aydan Qasımova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər