İranda tanınmış din xadimini öldürən şəxsə EDAM CƏZASI
İranda Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymaninin ölümü ilə nəticələnən silahlı hücumun səbəbkarı edam cəzasına məhkum edilib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranda Ekspertlər Məclisinin üzvü Süleymaniyə qarşı hücumla bağlı iş üzrə hökm oxunub.
Hücumun faili kimi mühakimə olunan müttəhimin məhkəmədə "qəsdən adam öldürmə" maddəsi ilə edam cəzasına məhkum edildiyi bildirilib və təqsirləndirilən şəxsin kimliyi açıqlanmayıb.
Qeyd edək ki, İranda ölkə liderini seçən, nəzarət edən və vəzifədən azad edən qurum kimi tanınan Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymani aprelin 26-da Mazenderan əyalətinin Babulser şəhərində silahlı hücum nəticəsində həlak olub.
