İşğalçı İsrailin Livana quru hücumu
İsrail ordusu Livanın cənubunda işğal zonasını genişləndirmək məqsədilə quru əməliyyatlarına başladığını açıqlayıb. Bildirilib ki, hücumlar Hizbullaha qarşı “tampon zona”nın yaradılması çərçivəsində həyata keçirilir və əməliyyatlardan əvvəl bölgəyə əlavə qüvvələr yerləşdirilib, intensiv hava və artilleriya zərbələri endirilib.
Livan rəsmilərinin məlumatına görə, martın 2-dən bu yana İsrailin hücumları nəticəsində 850 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Hücumlar səbəbindən ölkədə 830 mindən artıq şəxs məcburi köçkünə çevrilib.
TRT Haber
Mələk Hüseynova