İspaniyada məhkəmə binasında tətil: 1 milyona yaxın iş təxirə salındı
İspaniyada aprelin 17-də qismən ixtisarla başlayan və mayın 22-də tətilə çevrilən məhkəmə məmurlarının tətilinə görə ölkə daxilində 1 milyona yaxın iş təxirə salınıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, maaşların artırılmasını tələb edən məhkəmə personalının tətili ölkədə 45 min işçini əhatə edir. Aparılan aksiyalara görə son üç ayda ölkədə boşanmaların sayının əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz azaldığı paylaşılıb.
Qeyd edək ki, iyunun 7-də məhkəmə məhkəmə işçilərindən ibarət kiçik bir qrup Ədliyyə Nazirliyindəki otağa qapanıb. Nazirlik etirazçılara çöldən yemək gətirilməsinə də qadağa qoyub.
Sayad
