00:00:00
Yazar
Admin User
22.05.2023 18:02 280 1 dəq oxuma
Dünya

İspaniyada məhkəmə məmurları tətilə başladı

İspaniyada məhkəmə məmurları tətilə başladı

İspaniyada məhkəmə məmurları müddətsiz tətilə başlayıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyada maaş artımı tələbləri yerinə yetirilməyən məhkəmə məmurları ölkə daxilində müddətsiz tətilə başlayıb. Bir aydan çox davam edən danışıqlardan sonra məhkəmə məmurlarının bağlı olduğu həmkarlar ittifaqları razılığın əldə olunmadığını əsas gətirərək tətil etmək qərarına gəliblər.

 

Ölkə üzrə təxminən 45 min məhkəmə məmuru bu günə kimi işlərini tərk edib. Həmkarlar ittifaqlarının məlumatına görə, indiyədək görülən tədbirlərə görə 500 minə yaxın işin dinləmələri təxirə salınıb, 30 milyondan çox məhkəmə prosesi isə gecikdirilib.

 

İspaniyada son iki ildə təsirli olan yüksək inflyasiya qarşısında maaş artımı tələbləri ilə bağlı hələ razılığa gələ bilməyən məhkəmə rəsmiləri həftə ərzində müxtəlif yerlərdə başlatdıqları müddətsiz təlimlər zamanı hərəkət və nümayişlər keçirəcəklərini açıqlayıblar.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər