00:00:00
Yazar
Admin User
07.11.2025 18:53 159 1 dəq oxuma
Dünya

İspanya kralı etiraf edib

İspanya kralı etiraf edib

İspaniyanın sabiq kralı Xuan Karlos 70 il sonra qardaşının ölümü ilə bağlı sükutunu pozub. Tezliklə yayımlanacaq xatirə kitabında o, 1956-cı ildə tapança ilə oynayarkən qardaşı Alfonsonu alnından vurduğunu etiraf edib. Hadisə illərlə “qəza idi” deyə gizlədilib, lakin sabiq kralın bu etirafı indi bütün İspaniyanı sarsıdıb.

 

Xuan Karlos kitabında yazıb: “Bu faciənin ağırlığını heç vaxt üzərimdən ata bilməyəcəyəm. Daraqı çıxardıq, amma lülədə bir güllənin qaldığını bilmirdik". O, güllənin dəydikdən sonra istiqamətini dəyişib qardaşının alnına isabət etdiyini və Alfonsonun atasının qucağında can verdiyini bildirib.

 

Faciədən sonra hərbi məktəbə qayıdan Xuan Karlos 1975-ci ildə Fransisko Frankonun ölümündən sonra taxta çıxıb. Lakin korrupsiya ittihamları, cinsi qalmaqallar və dəbdəbəli həyat tərzi səbəbindən uzun müddət ictimaiyyət tərəfindən tənqid olunub.

 

2014-cü ildə taxtı oğlu VI Felipəyə təhvil verən sabiq kral, haqqında yayılan “2000-dən çox qadınla münasibəti olub” iddiaları ilə də gündəmə gəlib. Hazırda Dubayda sürgün həyatı yaşayan Xuan Karlosun xatirə kitabı general Fransisko Frankonun ölümünün 50 illiyi ərəfəsində İspaniyada nəşr olunacaq.

 

Kitabın nəşr tarixi monarxiyanın yenidən doğuluş dövrünə təsadüf edir və sabiq kralın bu etirafı İspaniyada böyük rezonans doğurub.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər