00:00:00
Yazar
Admin User
22.12.2025 18:03 81 1 dəq oxuma
Dünya

İsrail Həbsxanalarında Fələstinli qadınlar döyülür

İsrail Həbsxanalarında Fələstinli qadınlar döyülür

 

HƏMAS İsrailin Damon Həbsxanasında saxlanılan Fələstinli qadınların döyüldüyünü və baş örtüklərini çıxarmağa məcbur edildiyini bildirib.

HƏMAS Məhbusları Media Ofisinin açıqlamasında İsrailin həbsxanalarındakı Fələstinli qadınlara qarşı tətbiqləri ilə humanitar qanunu pozduğu bildirilir. İsrailin Damon Həbsxanasında Fələstinli qadınlara qarşı zorakılıqlara diqqət çəkilən açıqlamada aşağıdakılar qeyd olunub:
"Qadın məhbuslar həyətə çıxarılır, yerə oturmağa məcbur edilir, döyülür və baş örtükləri zorla çıxarılır. Fələstinli qadın məhbuslar həmçinin elektroşokerlər və itlərlə qorxudulur".

Bəyanatda bu hücumlar zamanı bəzi qadın məhbusların yaralandığı və İsrailin son həftələrdə bu hücumları dəfələrlə təkrarladığı bildirilir. Bəyanatda beynəlxalq insan haqları təşkilatları İsrail həbsxanalarında Fələstinli qadınlara qarşı zorakılıqlara qarşı tədbir görməyə çağırılıb. Fələstin hakimiyyəti bildirib ki, hazırda İsrail həbsxanalarında qadınlar və uşaqlar da daxil olmaqla 9300 fələstinli var.


TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər