İsrail həbsxanasında 15 xəstə fələstinli məhbus aclıq aksiyasına başladı
İsrail həbsxanasında səhhətində problem olan 15 fələstinli ağır saxlanma şəraitinə etiraz olaraq 3 günlük aclıq aksiyası keçirməyə qərar verib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi mövzu ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, Remle Həbsxanasının klinikasında saxlanılan və səhhətində problem olan 15 məhbus mayın 25-dən başlayaraq 3 gün aclıq aksiyası keçirməyə qərar verib.
Açıqlamada İsrail həbsxanalarında xəstələrin sayının artdığı, məhbusların tibbi laqeydliyə məruz qaldığı və əsas ehtiyaclarının təmin edilməsinin gecikdirildiyi bildirilib. Fələstin tərəfinin məlumatına görə, İsrail həbsxanalarında 4900 fələstinli məhbus var, onlardan 700-ü xəstədir.
