İsrail "Hizbullah"ın 10 obyektinə hücum edib
İsrail Livanın cənubunda "Hizbullah" hərəkatının 10-a yaxın obyektinə hücum edib.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.
"Hizbullah" tərəfindən razılaşmanın davamlı olaraq pozulmasına və təhlükəsizlik zonasında İsrail ordusunun əsgərlərinə hücumlara cavab olaraq, dünən (iyulun 2-si) İsrail Müdafiə Ordusu Livanın cənubundakı Bint-Cübeyl, Beyt-Yəhun, Kunin və Braaçit rayonlarında "Hizbullah"ın 10-a yaxın infrastruktur obyektinə dəqiq zərbələr endirib", - məlumatda qeyd olunub.