00:00:00
Yazar
Admin User
18.04.2025 16:25 135 1 dəq oxuma
Dünya

İsrail Müdafiə Naziri İrana hücumla hədələyib

İsrail Müdafiə Naziri İrana hücumla hədələyib

İsrailin Müdafiə Naziri Yisrael Katz Tehrana hücumla hədələdiyini təkrarlayaraq, “biz nəyin bahasına olursa olsun, İranın nüvə silahı əldə etməsinin qarşısını alacağıq”,- deyib.

 

Donald Trampın İsrailin İrana hücum planlarını rədd etməsi ilə bağlı iddiaların ardınca müdafiə naziri Katz İranın nüvə obyektlərinə hücum mesajı verib.

 

Baş nazir Binyamin Netanyahunun liderliyində, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün əlaqəli tərəflərlə dəqiq bir siyasət yürütməkdə qərarlı olduqlarını müdafiə edən Katz, İrana hücum edə biləcəklərinə diqqət çəkdi.

 

İrana hücum planları müzakirə edilərkən, İsrailin dövlət televiziyası KAN dünən ABŞ-nin bunkerləri partladan bombalar daşıyan 9 nəqliyyat təyyarəsi ilə ölkəyə hərbi sursat göndərdiyini bildirib.

 

Trampın İsrailin hücum planını rədd etdiyi iddia edilir

 

“The New York Times” yazır ki, İsrail may ayında İrana böyük hücum, o cümlədən Tehranın nüvə obyektlərinə zərbələr endirmək planını Ağ Evə çatdırıb.

 

ABŞ prezidenti Donald Trampın İsrailin hücum planını rədd etdiyi və İranla nüvə danışıqları yolunu seçdiyi bildirilib.

 

İsrailin baş nazirliyi məsələ ilə bağlı açıqlamasında "Trampın İsrailin may ayında İrana hücum planını rədd etdiyi" xəbərini təkzib etməyib.

 

Tramp isə öz növbəsində bildirib ki, İsrail İranın nüvə obyektlərinə hücum etmək üçün mümkün planını “ertələmir”, lakin indiki mərhələdə bunu etməyə tələsmir. 

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər