00:00:00
Yazar
Admin User
18.03.2025 10:38 183 1 dəq oxuma
Dünya

İsrail, mülki şəxslərin sığındığı məktəbi vurdu

İsrail, mülki şəxslərin sığındığı məktəbi vurdu

İsrail, Qəzza şəhərində məcburi köçkünlərin sığındığı bir məktəbi hədəf alıb və nəticədə onlarla fələstinli həlak olub və yaralanıb.

 

Atəşkəsi görməzdən gələn işğalçı İsrail ordusu, bu gecə Qəzza zolağına yenidən genişmiqyaslı hücumlar başlatdığını elan edib.
İsrailin Qəzzaya ən az 35 hava hücumu həyata keçirdiyi bildirilir.

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda aralarında çox sayda uşağın da olduğu 300-dən çox fələstinli həlak olub, yaralı sayı isə artır. İsrail Ordusunun Daxili Cəbhə Komandanlığı, Qəzza zolağı ətrafındakı məktəblərdə təhsilə fasilə verildiyini və fermerlərin sərhədə yaxın yerlərdə işləməsinə icazə verilməyəcəyini elan edib.

 

Mənbə: TRT Haber
Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər