00:00:00
Yazar
Admin User
30.05.2023 18:31 331 1 dəq oxuma
Dünya

İsraildə ilik xərçəngi araşdırması: 90% müalicə ehtimalı var

İsraildə ilik xərçəngi araşdırması: 90% müalicə ehtimalı var

İsraildə ilik xərçənginin müalicəsi üçün əhəmiyyətli addım atılıb. Hadessa Universitetində gen mühəndisliyi texnologiyasından istifadə edilən eksperimental işin nəticəsi uğurla başa çatıb.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, müalicə ilə xəstələrin immun sistemi gücləndirilib. Güclü immunitet sistemi xərçəng toxumasını da məhv edib. 74 xəstənin iştirak etdiyi araşdırmada 90 faiz yaxşılaşma müşahidə olunub.

 

Araşdırma aparan şöbə müdiri bildirib ki, İsraildə müalicəni tətbiq etmək üçün gözləyən daha 200 xəstə var.

 

Müalicənin mürəkkəbliyi səbəbindən hər həftə yalnız bir nəfər prosesə cəlb oluna bilər.

 

Qeyd edək ki, yaxın aylarda ABŞ-da eksperimental müalicə tətbiq olunmağa başlayacaq.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər