İsraildən Qəzzaya hava hücumu
İsrail döyüş təyyarələri Qəzza zolağına hava hücumu təşkil edib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu mühasirəni davam etdirməyərək bölgədən çəkilməyə başlayıb. İsrailin baş naziri Binyamin Netanyahu isə mövzu ilə bağlı verdiyi açıqlamada Cenindəki əməliyyatən bir dəfəyə məxsus olmadığını bildirib.
İsrail ordusu Cenində əsgərlərindən birinin öldürüldüyünü açıqlayıb. Cenindən çəkilməyə başlayan İsrail bu dəfə Qəzzaya hücuma keçib. Bu hücumun Qəzzadan atılan raketlərə bir cavab olduğu iddia edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Aydan Qasımova
