00:00:00
Yazar
Admin User
17.04.2025 17:14 183 1 dəq oxuma
Dünya

"İsrailin Qəzzaya hücumları səhiyyə xidmətlərini mümkünsüz edir"

"İsrailin Qəzzaya hücumları səhiyyə xidmətlərini mümkünsüz edir"

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sağlamlıq Hüququ üzrə Xüsusi Məruzəçisi Tlaleng Mofokeng bildirib ki, İsrailin Qəzzaya qarşı aylardır davam edən hücumları burada səhiyyə xidmətlərinin göstərilməsini mümkünsüz edir.

 

Mofokeng, İsrailin Qəzzədə yerləşən Əl-Əhli Baptist Xəstəxanasını hədəfə alması ilə bağlı yazılı açıqlama verib.

 

Qəzza zolağının şimalında fəaliyyət göstərən sonuncu xəstəxanaya edilən hücumu pisləyən Mofokeng, "Xəstəxanalara, tibb işçilərinə və mülki şəxslərə qarşı müharibənin davam etdiyini və artıq çökmüş bir sistemdə səhiyyə xidmətlərinin göstərilməsini daha da mümkünsüz hala gətirdiyini eşitmək məni dəhşətə saldı", – deyə bildirib.

 

O, səhiyyə müəssisələrinin və əməkdaşlarının beynəlxalq hüquq çərçivəsində qorunmalı olduğunu vurğulayıb və İsrailin aylarla davam edən bu hücumlarının qəbuledilməz olduğunu qeyd edib.

 

Mofokeng əlavə edib: "Beynəlxalq ictimaiyyətə və dünya liderlərinə, 1,5 ildən artıqdır bu vəhşiliyə dözən Qəzza xalqının həyatını və ləyaqətini qorumaq, müharibəyə son qoymaq üçün əllərindəki bütün imkanlardan istifadə etmələri çağırışımı təkrar edirəm".

 

İsrail ordusu aprelin 13-də Əl-Əhli Baptist Xəstəxanasına hücum etmiş, xəstəxanadan məcburi təxliyə edilən yaralı bir qız uşağı həyatını itdi.

 

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris isə aprelin 15-də Anadolu Agentliyinin müxbirinə yazılı cavabında bildirdi ki, İsrailin hücumu nəticəsində fəaliyyətsiz qalan Əl-Əhli Baptist Xəstəxanası, İsrailin blokadası səbəbindən bərpa oluna bilmir.

 

Mənbə :TRT Haber

Nigar Həsənzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər