00:00:00
Yazar
Admin User
06.06.2023 18:01 296 1 dəq oxuma
Dünya

İsveç: Biz NATO-ya üzv olmaq istəyirik

İsveç: Biz NATO-ya üzv olmaq istəyirik

İsveçin müdafiə naziri Conson NATO-ya üzv olmağın əsas prioritetlərindən biri olduğunu bəyan edib.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, isveçli nazir Ankaranın qərarına hörmət etdiklərini və Türkiyənin NATO ilə bağlı təsdiqini gözlədiklərini bildirib.

 

Türkiyənin narahatlıqlarını qarşılayacaq yeni antiterror qanunları olduğunu ifadə edən Consonun sözlərinə görə, İsveçin NATO-ya tamhüquqlu üzvlüyü ilə Alyansın şimal cinahı güclənəcək, Kiyevə hərbi dəstək davam edəcək.

 

Ölkəsinin NATO-da iştirakının ABŞ və Yaponiya ilə əlaqələrini də gücləndirəcəyinə işarə edən nazir Conson Rusiya-Ukrayna müharibəsinin Avro-Atlantik və Hind-Sakit Okeanı bir araya gətirdiyi üçün İsveç və Yaponiyanın bu günlərdə oxşar problemlərlə üz-üzə olduğunu bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər