00:00:00
Yazar
Admin User
22.12.2025 17:00 49 1 dəq oxuma
Dünya

İtaliya “Apple”a 98,6 milyon avro məbləğində cərimə tətbiq edib

İtaliya “Apple”a 98,6 milyon avro məbləğində cərimə tətbiq edib

İtaliya Rəqabət Qurumу (Antitrust-AGCM), mobil tətbiq bazarında hökmran mövqeyindən sui-istifadə etdiyi əsas gətirilərək, ABŞ mərkəzli texnologiya məhsulları satan Apple şirkətinə 98,6 milyon avro məbləğində cərimə kəsib.

 

Antitrust qurumunun açıqlamasına görə, Apple Inc., Apple Distribution International Ltd. və Apple Italia S.r.l. şirkətlərinin mobil tətbiq bazarında hakim mövqelərindən sui-istifadə etdikləri əsas gətirilərək, onlara 98 milyon 635 min 416 avro məbləğində cərimə kəsilib.

 

Açıqlamada bildirilir ki, İtaliya Rəqabət Qurumу Avropa Komissiyası, digər milli rəqabət orqanları və İtaliya Məlumatların Qorunması Qurumu ilə koordinasiya şəklində apardığı mürəkkəb araşdırma çərçivəsində, “Apple”nin 2021-ci ilin aprel ayından etibarən iOS mobil əməliyyat sistemi üçün App Store vasitəsilə paylanan tətbiqlərin üçüncü tərəf tərtibatçılarına tətbiq etdiyi məxfilik qaydaları- Tətbiq İzləmə Şəffaflığı (ATT) siyasətinin rəqabət baxımından məhdudlaşdırıcı olduğuna qərar verib.

 

Antitrust-un açıqlamasında “Apple”nin “App Store” vasitəsilə bu bazarda “həddindən artıq dərəcədə dominant” mövqeyə malik olduğu qeyd edilib.

 

Açıqlamada həmçinin bildirilib ki, İtaliya Rəqabət Qurumu ATT siyasətinin şərtlərinin birtərəfli şəkildə tətbiq edildiyini və “Apple”nin ticarət tərəfdaşlarının maraqlarına zərər vurduğunu müəyyən edib. Eyni zamanda, bu şərtlərin şirkətin bəyan etdiyi məlumatların qorunması məqsədlərinə çatmaq baxımından proporsional olmadığı da vurğulanıb.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər