00:00:00
Yazar
Admin User
16.12.2025 18:32 113 2 dəq oxuma
Dünya

İtaliya rəsmisi: Aİ-nin sanksiya paketləri Avropa iqtisadiyyatını zəiflədib

İtaliya rəsmisi: Aİ-nin sanksiya paketləri Avropa iqtisadiyyatını zəiflədib

İtaliyanın baş nazirinin müavini Matteo Salvini Rusiyanın iqtisadiyyatını zəiflətmək məqsədi daşıyan Avropa İttifaqının sanksiyalarının nəticədə Avropanın özünə mənfi təsir göstərdiyini açıqlayıb.

 

Mövzu ilə əlaqədar “İnformator.az” a açıqlamasında politoloü Züriyə Qarayeva bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ilkin mərhələdə Moskvanın iqtisadi imkanlarını məhdudlaşdırmaq məqsədi daşısa da, zaman keçdikcə bu tədbirlərin Avropanın öz iqtisadi strukturuna da ciddi yan təsirlər yaratdığı aydın görünməyə başlayıb:

 

“Xüsusilə enerji sahəsində Rusiyadan asılı olan Avropa ölkələri üçün sanksiyalar təkcə geosiyasi qərar deyil, həm də iqtisadi risk mənbəyinə çevrilib. Alternativ enerji mənbələrinə sürətli keçid və bahalı idxal variantları istehsal xərclərini artırıb, inflyasiya təzyiqlərini gücləndirib və sənaye sektorunun rəqabət qabiliyyətini zəiflədib. Bu şəraitdə sanksiyaların təsir gücü ikitərəfli xarakter alır. Rusiya üçün məhdudlaşdırıcı olan mexanizmlər, paralel olaraq, Avropa iqtisadiyyatının dayanıqlığını sınağa çəkir. İtaliya rəsmisinin səsləndirdiyi bu cür fikirlər Aİ daxilində sanksiya siyasətinə münasibətdə artan narahatlığın göstəricisidir və bu, gələcəkdə Aİ-Rusiya münasibətlərinin daha praqmatik müstəviyə keçə biləcəyinə işarə edir. Avropa ictimai rəyində sanksiyaların sosial rifah, enerji qiymətləri və məşğulluq üzərində yaratdığı təzyiqlər daha çox hiss olunduqca, siyasi qərarvericilər üzərində də balanslı və realist yanaşma tələbi güclənir. Bu isə o deməkdir ki, rəsmi ritorika dəyişməsə belə, sanksiyaların miqyası, tətbiq mexanizmləri və istisnalarla bağlı daha çevik qərarların gündəmə gəlməsi ehtimalı artır. Beləliklə, sanksiyalar təkcə xarici siyasət aləti yox, eyni zamanda Avropanın daxili siyasi sabitliyini formalaşdıran əsas faktorlardan birinə çevrilir”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər