00:00:00
Yazar
Admin User
30.05.2023 18:39 324 1 dəq oxuma
Dünya

İtaliyada batan qayıqda ölənlər kəşfiyyatçı imiş

İtaliyada batan qayıqda ölənlər kəşfiyyatçı imiş
İtaliyanın şimalında bir göldə batan gəmidə İtaliya və İsrail agentlərinin olduğu ortaya çıxıb. İlk açıqlamalarda gəminin turist gəmisi olduğu bildirilib.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, mayın 28-də batan gəmidə iki İtalyan məxfi xidmət agenti, təqaüdçü İsrailli mühafizəçi və bir rus qadının həyatını itirdiyi məlum olub.
 
İtaliya mətbuatı əlverişsiz hava şəraitindən sonra batan qayıqda 20-yə yaxın kəşfiyyatçının olduğunu vurğulayıb. Məlumata görə, batan qayığın sərnişin tutumu 15 nəfər olub.
 
Bazar günü axşam güclü külək və güclü yağışdan sonra qayığın batması ilə bağlı prokurorluq istintaqa başlayıb.
 
 
Mikayıl
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər