00:00:00
Yazar
Admin User
06.07.2025 10:45 134 1 dəq oxuma
İdman

İtaliyalı məşqçilər “Turan Tovuz”da

İtaliyalı məşqçilər “Turan Tovuz”da


“Turan Tovuz”un əsas komandasında üç yeni təyinat baş tutub.


"İnformator.az" "İdmanxeber.az" istinadən xəbər verir ki, qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.

 

Aleksandr Kornilov vətənində “Spartak Semey”, “Altay”, “Kayrat” və “Yelimay” komandalarında çalışıb. 

 

Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser İtaliyada “Salernitana”, “Belluno”, “Novara”, Maltada “Valetta” və “Birkirkara”, Tunisdə “Sfaksien”, Qətərdə “Əl-Qarafa”, İranda “Nassaci”, “Traktor” və “Fulad” komandalarında işləyib. 

 

Son olaraq Maltanın “Hamrun” klubunda bu vəzifəni icra edən Vinçenzo Çestaro daha əvvəllər Maltada “Valetta”, Çexiyada “Viktoriya”, İtaliyada “Çavese”, “Focca”, “Avellino” və “Noçerina” kimi klublarda çalışıb. 


Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər