00:00:00
Yazar
Admin User
22.06.2023 12:40 283 1 dəq oxuma
Dünya

İtkin sualtı qayıqda oksigen bitmək üzrədir

İtkin sualtı qayıqda oksigen bitmək üzrədir

Şimali Atlantikada batan və Titanikə səyahəti zamanı itən "Titan" sualtı qayığının tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam edir.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, içərisində 5 nəfərin olduğu sualtı qayığın oksigen ehtiyatı  tükənəcəyi üçün artıq kritik saatlar başlayıb. Sualtı qayığın sahibi Şon Lit Titanın yoxa çıxmasından sonra ilk dəfə açıqlama verib. Lit itkinlərin sağ tapılacağına ümid etdiyini bildirib.

 

ABŞ Sahil Mühafizəsi axtarış ərazisini ikiqat artırıb. Dəniz dibinin təxminən 4 kilometr altına çata bilən robota sahib Fransız gəmisi Atalante axtarış və xilasetmə işlərinə kömək üçün hazırda ərazidədir. Gəminin işıqları və kameraları suyun üstündəki heyətə okean səthini anbaan izləməyə imkan verəcək. 

 

Şəbnəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər