Joze Mourinyo texniki heyətini dəyişdirmək qərarına gəlib
"Fenerbahçe” nin baş məşqçisi Joze Mourinyo mövsümün sonunda texniki heyəti dəyişdirəcək.
“İnformator.az” xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Komanda dörd məşqçi ilə sağollaşacaq.
"Sarı-lacivərdlilər" Salvatore Foti, Stefano Rapetti, Luka Fatiqa və Covanni Cerra ilə yollarını ayırmağa qərar verib.
