00:00:00
Yazar
Admin User
06.07.2023 11:06 263 1 dəq oxuma
Dünya

Kanada meşə yanğınlarına təslim oldu: 8,8 milyon hektar yandı

Kanada meşə yanğınlarına təslim oldu: 8,8 milyon hektar yandı

Kanada meşə yanğınları ilə mübarizə aparır. Kanada Qurumlararası Meşə Yanğın Mərkəzinin (CIFFC) məlumatına görə, qərbdə Britaniya Kolumbiyasından şərqdə Yeni Şotlandiyaya qədər ölkə üzrə 648 nöqtədə yanğınla mübarizə davam edir. Yanğınların 339-u nəzarətdən çıxsa da, 188-i nəzarət altına alınıb.

 

İnformator.az CNN Türk-ə əsasən xəbər verir ki, yanğınların əksəriyyəti Kvebek, Alberta və Britaniya Kolumbiyasında qeydə alınıb. Kvebekdə 137, Albertada 111 və Britaniya Kolumbiyasında 100 aktiv yanğın müşahidə edilib. Məlumata görə, bu il ölkədə baş verən meşə yanğınları nəticəsində Türkiyənin Ege Bölgəsi böyüklüyünə yaxın olan 8,8 milyon hektar (təxminən 90 min kvadrat kilometr) ərazi külə dönüb. Kanada Yanğınsöndürmə Rəhbərləri Assosiasiyasının (CAFC) prezidenti Ken McMullen müsahibəsində "Kanadadakı yanğınlar həqiqətən görünməmiş bir hadisədir. Ölkənin hər yerində yanğınlar var və onlar çox erkən başlayıb. Xaricdən gələn 2 min 231 xarici xilasedicinin dəstəyi ilə söndürmə işləri davam edir.", -deyə qeyd edib.

 

Avropa İttifaqının (AB) Kopernik Atmosfer Monitorinq Xidmətinin çərşənbə axşamı verdiyi açıqlamaya görə, Kanadada meşə yanğınları 160 milyon ton karbon emissiyasına səbəb olub. Bunun rekord səviyyə olduğu bildirilib.

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər