00:00:00
Yazar
Səadət Əlizadə
08.07.2026 19:44 23 2 dəq oxuma
Siyasət

Kanadanın Ukraynaya yeni hərbi dəstəyi beynəlxalq həmrəyliyin davamıdır

 

Kanadanın Ukraynaya yeni hərbi dəstəyi beynəlxalq həmrəyliyin davamıdır

Kanada Ukraynaya xüsusən hava hücumundan müdafiə (HHM) sahəsində yardımı nəzərdə tutan 900 milyon ABŞ dolları məbləğində yeni dəstək paketi təqdim edib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Kanadanın Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün 9 milyon dollar vəsait ayırması mühüm hadisədir:


“Kanada müharibənin başladığı gündən etibarən Ukraynanı ardıcıl şəkildə dəstəkləyən ölkələrdən biridir və bu siyasətin gələcəkdə də davam edəcəyi gözlənilir. Xüsusilə, Avropa ölkələri ilə eyni mövqedən çıxış edən Kanada Ukraynaya siyasi və hərbi dəstəyini davam etdirir.

Ukraynaya beynəlxalq dəstəyin yaxın dövrdə daha da artacağı ehtimal olunur. Belə ki, bir müddət əvvəl Avropa İttifaqı Ukrayna üçün 90 milyard dollarlıq yardım paketi ayırıb ki, bu da ölkə üçün böyük əhəmiyyət daşıyır.

Hazırda Ankarada keçirilən NATO zirvə toplantısından əldə olunan məlumatlara əsasən, hələ rəsmi elan edilməsə də, üzv dövlətlər Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı ümumi razılığa gəliblər. Müzakirə olunan təşəbbüslərdən biri Avropa ölkələri və Kanadanın 2026 və 2027-ci illərdə hər il Ukraynaya ümumilikdə 80 milyard dollar yardım ayırmasını nəzərdə tutur. Bu qərar təsdiqlənərsə, NATO-nun Ukraynaya verdiyi ən böyük dəstək paketlərindən biri kimi qiymətləndirilə bilər.

Eyni zamanda, Ukraynanın döyüş meydanında effektiv əməliyyatlar keçirməsi, Rusiyaya strateji əhəmiyyət daşıyan zərbələr endirməsi və təşəbbüsü qorumağa çalışması da beynəlxalq dəstəyin daha da güclənəcəyini göstərən əsas amillərdən biri hesab olunur”.


Səadət Əlizadə

#kanadanın #həmrəyliyin #xəbər #hərbi #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər