00:00:00
Yazar
Admin User
21.04.2025 17:28 180 1 dəq oxuma
Dünya

Katoliklərin qeyri-adi lideri kilsəni necə dəyişdi?

Katoliklərin qeyri-adi lideri kilsəni necə dəyişdi?

Katolik Kilsəsinin lideri Papa Fransisk, uzun sürən xəstəlik dövründən sonra 21 aprel bazar ertəsi səhər 88 yaşında dünyasını dəyişdi.

 

Argentina əsilli Jorge Mario Bergoglio-nun 2013‑cü ildə başlayan papalıq dönəmi, hələ başlamamışdan öncə qeyri‑adi olacağının göstəricilərini daşıyırdı. 600 ildir ki, ilk dəfə əvvəlki papanın ölümü yox, istefa verməsi səbəbindən yeni papa seçilirdi. Bu da Fransiskonun təxminən 10 il boyunca təqaüdə çıxmış bir papanın, ondan xeyli fərqli bir sabiq papanın kölgəsində hökmranlıq etməsi demək olacaqdı. Fransiskonun islahat addımlarına qarşı çıxanlar “Mənim Papam Ratzinger-dir” deməkdən çəkinmirdilər, zaman‑zaman kilsədə iki başlı rəhbərlik təsəvvürü yaranırdı. Papa Fransisko dövrünün qeyri‑adi cəhətləri, digər “ilk”lərlə də bağlı idi. O, həm Amerika qitəsindən, həm də Yezuit tarikatından gələn ilk papa idi. Təxminən 1300 ildən sonra ilk dəfə Avropa qitəsi xaricindən papa seçilib. Eyni zamanda, İtaliyanın yoxsulluğunu seçməklə məşhur müqəddəs Fransiskonun adını daşıyan ilk papa da o oldu.


“Fransisko” adını seçməsinin bu kasıb həyat temasına bağlılığını o, Papalıq Sarayı yerinə qonaq evində qalmağı seçməsi, parıltılı geyimlərdən, nümayişkaranə nəqliyyat vasitələrindən və aksesuarlardan uzaq durması, dini vəzifəlilərə də sadəlik tövsiyə etməsi ilə nümayiş etdirdi.

 

BBC News
Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər