00:00:00
Yazar
Güllər Gülhüseynova
25.06.2026 22:50 15 1 dəq oxuma
Dünya

Kats yenidən İranı genişmiqyaslı zərbələrlə hədələyib

Kats yenidən İranı genişmiqyaslı zərbələrlə hədələyib

Əgər İran Livandakı fəaliyyətinə görə və ya hər hansı başqa səbəbdən İsrailə hücum edərsə, İsrail bütün gücü ilə cavab zərbəsi endirəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats ölkənin kursantların buraxılış mərasimində bildirib.

 

O qeyd edib ki, İsrail silahlı qüvvələri Livan, Suriya və Qəzza zolağı ərazisindəki təhlükəsizlik zonalarında vaxt məhdudiyyəti olmadan qalmağa davam edəcək. Katsın sözlərinə görə, hərbi mövcudluğun qorunub saxlanılması İsrail sakinlərinin və yaşayış məntəqələrinin silahlı qruplaşmalardan qorunması üçün zəruridir.

 

"Biz İsrailin ali təhlükəsizlik maraqları - hərbi qulluqçularımızın və vətəndaşlarımızın qorunması məsələlərində kompromisə getməyəcəyik. Təhlükəsizlik zonalarından çıxmayacağıq", - nazir vurğulayıb.

#baki #gündəm #yenidən #genişmiqyaslı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər