Kembric Lüğətinə yeni sözlər əlavə edilib
Kembric Lüğəti bu il 6 mindən çox yeni sözü lüğətə daxil edəcəyini açıqlayıb.
İngiltərə mərkəzli “Kembric Lüğəti”, sosial mediada populyarlaşan “skibidi”, “delulu”, “tradwife” və “broligarchy” kimi sözlərin də aralarında olduğu 6 mindən çox yeni sözü lüğətə əlavə edəcək.
Lüğətdə verilən tərifə görə, “skibidi” sosial mediada yayımlanan viral bir animasiya seriyasının yaradıcısı tərəfindən ortaya atılıb. Bu söz bəzən “cool(havalı)” və ya “bad (pis)” mənasında işlənə bilər, bəzən isə tamamilə zarafat məqsədli və mənasız şəkildə istifadə olunur.
“Tradwife” isə “traditional wife (ənənəvi həyat yoldaşı)” ifadəsinin qısaldılmasıdır. Bu söz ev işlərini, uşaq baxımını və həyat yoldaşına bağlılığı müdafiə edən, həmçinin bunları sosial mediada paylaşan mühafizəkar qadın fenomenlərini ifadə edir.
COVID-19-dan sonra yaranan uzaqdan iş mədəniyyəti “mouse jiggler” (işləyirmiş kimi görünmək üçün siçanın hərəkət etməsini təmin edən cihaz) sözünü lüğətə gətirib. Bundan başqa, “work spouse” ifadəsi də əlavə olunub. Bu termin iş yerində bir-birinə güvənən və dəstək olan yaxın əməkdaşları təsvir edir.
Eyni zamanda, “bro (kanka)” və “oligarchy (olqarxiya)” sözlərinin birləşməsindən yaranan “broligarchy” də lüğətə salınıb. Bu söz texnologiya sektorunda Ceff Bezos, Elon Mask və Mark Zukerberq kimi varlı və nüfuzlu kişi qrupları üçün işlədilir.
“Delulu” isə “delusional” sözünün qısaldılmasıdır. Gerçəkdışı inanclara sahib olmağı ifadə edən bu söz ilk dəfə K-pop azarkeşlərini kiçiltmək məqsədilə istifadə olunub.
TRT XƏBƏR
Lalə Qurbanlı