00:00:00
Yazar
Admin User
07.06.2023 14:16 305 1 dəq oxuma
Dünya

Keniyada ac şirlər yaşayış məntəqələrinə hücum edir

Keniyada ac şirlər yaşayış məntəqələrinə hücum edir

Keniyada quraqlıq səbəbilə yemək tapa bilməyən şirlərin yaşayış məntəqələrinə girərək təsərrüfat heyvanlarına hücum etməyə başladığı bildirilib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Keniyada ferması olan Parkeru Ntereka adlı şəxs keçilərinə aslanların hücum etdiyini və heyvanlarının təxminən yarısının tələf olduğunu bildirib. Ntereka "12 keçimə aslanlar hücum etdi və bu, ailəm üçün böyük itkidir. Uşaqlarımın məktəb xərclərini bu heyvanlarla təmin edirdim" deyib.

 

Rosi Lekimankusi də keçilərindən 13-nün aslanların hücumuna məruz qaldığını bildirərək, bu vəziyyətin onları çətin vəziyyətə saldığını və hücumların artacağından narahat olduğunu vurğulayıb.

 

Vəhşi təbiətin qorunması üçün araşdırmalar aparan The Big Life Foundation şirlərin hücumuna məruz qalan heyvanlara görə kənd sakinlərinə təzminat təklif etsə də, kəndlilər verilən məbləğin yetərli olmadığı qənaətindədirlər.

 

Qeyd edək ki, ötən ay Amboseli Milli Parkına yaxın kəndlərdə keçi və itə hücum edən 6 şir öldürülüb. Öldürülənlər arasında dünyanın ən yaşlı aslanlarından biri olan Loonkiito da var.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər