Keniyada vergi artımına etiraz
Keniyanın paytaxtı Nayrobidə bir qrup nümayişçi bayraq və pankartlarla parlament binasına doğru irəliləyərək vergi artımına etiraz edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, polis nümayişçilərə gözyaşardıcı qazla cavab verərək çox sayda insanı saxlayıb.
Nümayişlərə qatılan Sarah Ndugn açıqlama verərək ədalətsiz vergi artımlarının yükünü daşımayacaqlarını bildirib. İş adamı James Ochieng isə hökumətin insanları dinləməli olduğunu və atılan addımların sadə insanların həyatını çətinləşdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Keniyada hökumət gəlir əldə etmək üçün 2023-cü il Maliyyə Aktı ilə vergi dərəcələrini artırmağı planlaşdırır.
Aydan
