00:00:00
Yazar
Elmira Ağayeva
15.07.2026 20:59 31 1 dəq oxuma
Sosial

Keyfiyyətli asfalt qədər güclü işıqlandırma da vacibdir”-Eldəniz Cəfərov

“Keyfiyyətli asfalt qədər güclü işıqlandırma da vacibdir”-Eldəniz Cəfərov

Paytaxtda daha 3 ünvanda yol təmiri işləri yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində yol infrastrukturunun müasirləşdirilməsi və vətəndaşların rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Ötən şənbə və bazar günləri paytaxtın daha üç ünvanında aparılan təmir işləri uğurla başa çatdırılıb.

 


Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, yol təmir işləri nəqliyyatın normal fəaliyyəti üçün çox vacib və davamlı bir prosesdir:

 


“İstənilən yol infrastrukturu müəyyən müddətdən sonra təmir və yenilənməyə ehtiyac duyur. Burada da əsas məsələ işlərin düzgün planlaşdırılması və mümkün qədər qısa müddətdə başa çatdırılmasıdır. Yenilənmiş yol örtüyü ilk növbədə hərəkətin təhlükəsizliyini artırır, sürücülər daha rahat hərəkət edir, avtomobillərin asqı sisteminə düşən yük azalır. Qəza riskini artıran yol qüsurları aradan qaldırılır. Eyni zamanda, nəqliyyat axınının daha sabit hərəkət etməsinə şərait yaranır ki, bu da xüsusilə sıx hərəkətli küçələrdə mühüm əhəmiyyət daşıyır.Yollara keyfiyyətli asfalt döşənir, müasir texnikadan, texnologiyadan istifadə olunur. Bunlar hamısı çox yaxşı göstəricilərdir. Bunu danmaq olmaz. Yollar çəkiləndən sonra məlum olur ki, bu yollarda işıqlandırma zəifdir.İşıqlandırma məsələsinə xüsusi diqqət yetirilməlidir. Həmçinin şəhərlərarası magistral yollarımızın işıqlandırılması ilə bağlı yeni fundamental layihələrə ehtiyac var, bu yollar işıqlandırılmalıdır”.

 

Nuray Əliyeva

#Bakı #yollar #təmir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər