Klivlenddə həyəcan: iki həftə ərzində 30 uşaq itkin düşdü
ABŞ-da polis rəsmiləri may ayının ilk iki həftəsində Klivlenddə iyirmidən çox uşağın itkin düşdüyünü bildirərək, bölgədə həyəcan təbili çalıb.
İnformator.az Majoy Fox news-ə istinadən xəbər verir ki, Majoy adlı polis məmuru “Nədənsə, biz 2023-cü ildə ötən illərdən daha fərqli hadisələr yaşadıq, bu, narahatedicidir. Çünki bu uşaqların bəzilərinin başına nə gəldiyini, ya da insan alverinin qurbanı olub-olmadıqlarını bilmirik", - deyə bildirib.
Polis məmuru 33 illik karyerasında heç vaxt bu qədər çox uşaq itməsi hadisəsini görmədiyini vurğulayıb.
Qeyd edək ki, Klivlenddə və Ohayo ştatının şimalındakı digər ərazilərdə artan itkin hadisələrilə mübarizə aparmaq üçün ABŞ Hüquq-Mühafizə Xidməti may ayında “Biz sizi tapacağıq” əməliyyatına başlayıb.
Sayad
