00:00:00
Yazar
Zəri Bayramlı
19.06.2026 22:19 21 1 dəq oxuma
Sosial

Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayıb

Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayıb

2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlayıb.



Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib ki, 9 illik orta təhsil bazasında kolleclərə qəbul üçün qabiliyyət imtahanları artıq başlayıb və 18-29 iyun tarixlərində keçiriləcək:

 

“İlk növbədə qeyd edək ki, qabiliyyət imtahanında iştirak etmək üçün abituriyent qəbul imtahanında müvafiq keçid balını toplamalıdır. Qabiliyyət imtahanının nəticələri üzrə hər bir istiqamət üçün müəyyən edilmiş tələblər mövcuddur".

 

Təhsil eksperti bu il qəbul qaydalarında bəzi mühüm dəyişikliklərin tətbiq olunduğunu bildirib:

 

"2026-cı il üçün qəbul qaydalarında bəzi yeniliklər edilib. Belə ki, fiziki tərbiyə müəllimliyi ixtisasına qəbul həm 9 illik, həm də 11 illik təhsil bazasından aparılır. Bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müvafiq qabiliyyət imtahanından uğurla keçməlidirlər.Eyni zamanda, dizayn ixtisası üzrə də müəyyən dəyişikliklər tətbiq olunub. Bu istiqamət üzrə keçirilən qabiliyyət imtahanlarında namizədlərin nəticələri xüsusi meyarlar əsasında qiymətləndirilir. İmtahandan məqbul qiymət almaq üçün müəyyən edilmiş minimum nəticə əldə edilməlidir.Abituriyentlərin yekun müsabiqədə iştirakı qəbul imtahanında topladıqları bal və qabiliyyət imtahanının nəticələri əsasında müəyyən olunur".

Reyhan Qulizadə

#qeydiyyat #imtahanlarına #qəbul #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər