00:00:00
Yazar
Admin User
01.07.2025 13:53 163 1 dəq oxuma
Sosial

Koroğlu körpüsündə təhlükəli vəziyyət yaranıb?

Koroğlu körpüsündə təhlükəli vəziyyət yaranıb?

Bakının əsas körpülərindən birində təhlükəli vəziyyət yarandığı iddia olunur.

"İnformator.az" Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb "Koroğlu körpüsü" kimi tanınan körpünün kənarında görünən çatlar olub.

Çatlar körpünün hər an uça biləcəyi təsəvvürünü yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

 

"Bu, çat deyil. Körpünün konstruksiyasının birləşən hissəsidir, yəni aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (temperatur şovu). Belə olmalıdır", - deyə A.Nəcəfli vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər