Koronavirusa qarşı vaksinlər yenilənəcək?
Avropa İttifaqının (Aİ) səhiyyə qurumları KOVID-19-a qarşı hazırlanmış vaksinlərin yeni variantlara uyğun olaraq yenilənməsini tələb edib.
İnformator.az TRT-yə istinadən xəbər verir ki, Avropa Dərman Agentliyi və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi birgə bəyanat yayaraq indiyə qədər təsdiqlənmiş peyvəndlərin xəstəxanaya yerləşdirmə, ağır xəstəlik və ölüm hallarının böyük ölçüdə qarşısını aldığını, lakin yeni variantlar çıxdıqca qorunmanın çətinləşdiyini bildirib.
Omikron variantının alt qrupu olan XBB-yə görə EMA vaksinlərin yenilənməsi tövsiyə edilib. EMA-nın peyvənd strategiyasına cavabdeh rəsmisi Marko Kavaleri də peyvəndlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Kavaleri bildirib ki, ARS COV 2 hələ də yayılır və yeni variantları ortaya çıxır. Bu virus, xüsusən də immuniteti zəif olan insanlar üçün təhlükəlidir.
Aydan
