Kraliça II Elizabetin dəfn mərasimi 162 milyon funt sterlinqə başa gəlib
İngiltərə kraliçası II Yelizavetanın dəfn mərasimi və ölkədə milli matəm prosesi üçün ayrılan məbləğ 162 milyon funt sterlinq təşkil edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, kraliçanın 8 sentyabr 2022-ci ildə vəfatından sonra 10 gün davam edən milli matəm prosesi və dəfn mərasimi üçün aidiyyatı qurumların xərcləri aydın olub.
Rəsmi orqanların açıqlamasında Kraliça Elizabetin ölümündən sonra minlərlə insanın öz hörmət və sevgilərini göstərmək üçün ölkə daxilində səyahət etdiyini, hökumətin prioritetinin bu prosesdə ictimai təhlükəsizliyi təmin etmək olduğunu bildirib.
Qeyd edək ki, İngiltərə kraliçası II Yelizaveta 96 yaşında yay tətilini keçirdiyi Şotlandiyanın Aberdinşir bölgəsindəki Balmoral qəsrində sentyabrın 8-də vəfat edib. Kraliçanın cənazəsi sentyabrın 13-də dünyasını dəyişdiyi Şotlandiyadan Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə paytaxt Londona gətirilib.
