00:00:00
Yazar
Admin User
05.06.2023 16:01 254 1 dəq oxuma
Dünya

Kraliyyət ailəsində ilk: Məhkəməyə çıxacaq

Kraliyyət ailəsində ilk: Məhkəməyə çıxacaq

Şahzadə Harrinin Mirror qəzetində fəaliyyət göstərən media qrupuna qarşı iddiası bu gün başlayır.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, Susseks hersoqu telefonuna qanunsuz daxil olmaqda ittiham etdiyi media qrupuna qarşı iddiada 130 il sonra məhkəmədə ifadə verən ilk krallıq üzvündən biri olacaq.

 

İngiltərə mətbuatında çıxan xəbərlərə görə, bu gün ifadə verməsi gözlənilən şahzadə Harri məhkəməyə getməyib. Şahzadə Harrinin çərşənbə axşamı şahid kürsüsünə çıxması planlaşdırılırdı, amma hakim ondan bazar ertəsi məhkəmədə ifadə verməyə hazır olmasını tələb edib Krallıq vəzifəsini tərk edərək ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Harrinin sabah qəzetin vəkilləri tərəfindən şahid kürsüsündə dindirilməsi gözlənilir.

 

Qeyd edək ki, Harri "Sunday Mirror" və "Sunday People" da daxil olmaqla, mediada çalışan jurnalistlərin qeyri-qanuni fəaliyyətlər haqqında məlumat əldə etmək üçün telefonları sındırmaq və şəxsi detektivlərdən istifadə etdiklərini iddia edərək, Mirror Group Newspapers (MGN) əleyhinə iddia qaldırdığı bildirilib.

 

Fatimə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər