Kərkükdə Ebola epidemiyasından bir nəfər vəfat etdi
İraqın Kərkük şəhərində Ebola virusu epidemiyası səbəbiylə 1 nəfər həyatını itirib, 2 nəfər isə müalicə olunur.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, son iki gündə 30 nəfərin virusa görə test edildiyini və nəticələrin sabah açıqlanacağı bildirilib.
Kərkük Baytarlıq İşləri Müdiri Mənsur Beyatlı heyvandarlığın intensiv olduğu bütün rayon, qəsəbə və kəndlərdə fövqəladə tədbirlərə başlanıldığını bildirərək, şübhəli bilinən yüzlərlə baş heyvandan analiz üçün qan nümunələrinin götürüldüyünü vurğulayıb.
Qeyd edək ki, ilk dəfə 1976-cı ildə Konqoda ortaya çıxan Ebola 2013-cü ilin dekabrında Qərbi Afrikada yenidən aşkar edilib. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiyada təxminən 30 min insan Ebola virusuna yoluxub, 11 mindən çox insan həyatını itirib.
