00:00:00
Yazar
Admin User
16.12.2025 18:07 99 1 dəq oxuma
Dünya

Lavrov Aİ-ni sərt tənqid edib: “Bu, açıq oğurluqdur”

Lavrov Aİ-ni sərt tənqid edib: “Bu, açıq oğurluqdur”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa İttifaqını beynəlxalq siyasətdə ən böyük təhlükə adlandırıb. O, Aİ-nin dondurulmuş Rusiya aktivlərini Ukraynanın bərpası üçün istifadə etmək planını sərt şəkildə tənqid edərək bunu “oğurluq” kimi qiymətləndirib və oxşar addımların İran, Venesuela kimi digər ölkələrə qarşı da atıldığını bildirib.

 

Lavrov Almaniya kansleri Merz haqqında da kəskin ifadələr işlədib. Ukrayna böhranının həlli üçün müharibəyə səbəb olan əsas amillərin aradan qaldırılmasının vacib olduğunu vurğulayan nazir, ABŞ-nin bu yanaşmanı qəbul etdiyini iddia edib. Onun sözlərinə görə, NATO-nun genişlənməməsi, rus dilinin, mədəniyyətinin və dini hüquqların bərpası münaqişənin həlli üçün əsas şərtlərdir.

 

CNN

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər