00:00:00
Yazar
Admin User
22.12.2025 17:25 87 1 dəq oxuma
Dünya

Liviya ilə bağlı qətnamə parlamentdə təsdiqlənib

Liviya ilə bağlı qətnamə parlamentdə təsdiqlənib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Liviyadakı missiyasının müddətinin uzadılması barədə Prezident fərmanı Türkiyə Böyük Millət Məclisində təsdiqlənib.

 

Qərara əsasən, TSQ-nin Liviyadakı fəaliyyəti 2 yanvar 2026-cı il tarixindən etibarən daha24 ay müddətinə uzadılacaq. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Parlamentə təqdim olunan memorandumda Liviyada atəşkəsin və siyasi dialoq prosesinin davam etdirilməsinin, eləcə də sülh və sabitliyin təmin olunmasının Türkiyə üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb. Sənəddə qeyd olunub ki, Türkiyə Liviyada sabitliyin və təhlükəsizliyin qorunmasına fəal şəkildə töhfə verir və bu istiqamətdə beynəlxalq səyləri dəstəkləməkdə davam edir. Müzakirələrdən sonra təklif Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında səsə qoyularaq qəbul edilib.

 

Beləliklə, Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı missiyası daha iki il müddətinə uzadılıb.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər