Lord: Azərbaycanın Orta Dəhlizdəki rolu cəlbedici imkanlar yaradır
Azərbaycan Orta Dəhlizin formalaşmasında mühüm rol oynayır.
"İnformator.az" ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiyadakı ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı videomüraciətdə bildirib.
Onun sözlərinə görə, bu da xüsusilə cəlbedici imkanlar təqdim edir.
