"Lufthansa" İrana uçuşları bərpa etməyə hazırdır
"Lufthansa" aviaşirkəti İrana uçuşları bərpa etməyə hazır olduğunu açıqlayıb.
"İnformator.az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Dövlət Teleradio Şirkəti məlumat yayıb.
Sözügedən məsələ "Lufthansa Group" və Tehrandakı Xomeyni adına hava limanı rəhbərlərinin görüşü zamanı müzakirə olunub.
İranın Mülki Aviasiya Təşkilatı iyunun 8-də ölkənin hava məkanında uçuşlara qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.